AZ

Zelenski Almaniya XİN rəhbəri ilə silah istehsalını və IRIS T sistemlərinin tədarükünü müzakirə edib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri Yohan Vadeful və Kiyevə ilk səfərini edən alman müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşdüyünü bildirib.

APA xəbər verir ki, Zelenski bu barədə "X" platformasında paylaşım edib.

Dövlət başçısının sözlərinə görə, Almaniya XİN rəhbəri ilə görüşdə Rusiyaya qarşı sanksiya təzyiqi, yeni IRIS-T hava hücumundan müdafiə sistemlərinin tədarükü və Ukrayna ilə Almaniyada birgə silah istehsalı məsələləri müzakirə olunub.

“Biz müvafiq hərbi mərkəzlərin inkişafını və alman şirkətlərinin Ukraynadakı fəaliyyətinin genişlənməsini davam etdirəcəyik”, – deyə Zelenski əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
23
apa.az

10Mənbələr