EN

Kobud qayda pozub təhlükə yaratdı, sürücü qəzadan güclə xilas oldu ANBAAN VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Tərtər rayonunda kobud qayda pozan sürücü anbaan avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüsü “TikTok” sosial platformasında qeydə alınıb. Kadrdan göründüyü kimi, 59-BX-144 dövlət nömrə nişanlı “Nissan” markalı maşının sürücüsü manevr qaydasını pozub. Belə ki, geriyə manevr etmək istəyən sürücü hərəkətdə olduğu zolaqdan sola keçib və bu vaxt həmin zolaqdakı avtomobilə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü sağ zolağa manevr edərək baş verəcək qəzadan xilas olub.

Qeyd edək ki,  sürücü yalnız sol zolaqdan geriyə manevr edə bilər. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
11
avtosfer.az

10Sources