EN

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünə dəstək üçün birbaşa siqnal aldıq

İlk dəfə Almaniya Ukraynanın NATO-ya üzvlüyünü rəsmən dəstəkləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın ölkənin NATO-ya daxil olmasını rəsmən dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, əvvəllər belə aydın siqnal olmayıb. Dövlət başçısı bunu Almaniyanın xarici işlər naziri Vadeful ilə görüşündən əvvəl deyib.

Sonuncu isə öz növbəsində bəyan edib ki, Almaniya Rusiyadan gələn hücumlardan qorunmaq üçün Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri ötürmək yollarını axtarır.

“Biz bütün mümkün istiqamətlərə gedirik. Təbii ki, Almaniya sənayesi öz imkanlarını artırmağa çalışır. Biz avropalı tərəfdaşlarımızla danışırıq”, – o əlavə edib.

Bundan əlavə, Vadeful bildirib ki, tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər:

“Biz yeni birgə müəssisələr yaratmağı planlaşdırırıq. Bu, Ukraynaya müstəqil şəkildə və daha tez silah istehsalının həcmini artırmağa imkan verəcək… Məhz buna görə müdafiə sənayesi şirkətlərindən ibarət nümayəndə heyəti ilk dəfə Ukraynaya gəlib”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
23
interpress.az

10Sources