EN

Mançester Siti Əl Hilal la bacarmadı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, “Mançester Siti” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşıb.

Görüşdə sürpriz nəticə qeydə alınıb. Asiya təmsilçisi İngiltərə nəhəngini 4:3 hesabı ilə yenərək, 1/4 finala adlayıb.

Oyunun taleyi əlavə vaxtda həll olunub. Oyunda hesabı 10-cu dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Bernardu Silva açıb. İkinci hissənin startında “Əl-Hilal” Markos Leonardonun qolu ilə hesabı bərabərləşdirib. 52-ci dəqiqədə Malkom ərəbləri hesabda önə çıxarıb. Ancaq cəmi 3 dəqiqə sonra “Mançester Siti”nin norveçli ulduzu Erlinq Holand 55-ci dəqiqədə bərabərliyi təmin edib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Əlavə vaxtın əvvəlində “Əl-Hilal” yenidən hesabı xeyrinə dəyişib. Bu dəfə müdafiəçi Kalidou Koulibali fərqlənib. Ancaq 104-cü dəqiqədə Fil Foden “Mançester Siti”nin bərabərlik qolunun müəllifi olub. Ərəbistan klubunun qələbə qolunu isə 112-ci dəqiqədə dubl edən Markos Leonardo vurub.

Beləliklə, "İnter"in ardından daha bir Avropa nəhəngi - Xosep Qvardiolanın baş məşqçisi olduğu "Mançester Siti" mübarizəni dayandırıb.

Simeone İnzaqinin çalışdırdığı "Əl-Hilal" 1/4 finalda İtaliya “İnter”ini mübarizədən kənarlaşdıran "Fluminense" (Braziliya) ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
22
fanat.az

10Sources