EN

İstanbul nəhəngləri də "Lyon" kimi cəzalandırıla bilər?

"Fransanın "Lyon" klubunun maliyyə məsələlərinə görə ikinci liqaya düşürülməsi Türkiyə komandaları üçün də nümunə olmalıdır". 

Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, "Lyon"un düşdüyü vəziyyətlə "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş"ın düşdüyü durum arasında müəyyən oxşarıqlar var:

"Sadəcə ölkələr arasında fərq var. Yəni futbolun maliyyələşməsinə və futbola baxış bucağı baxımından Fransa ilə Türkiyə arasında fərqliliklər mövcuddur. Xüsusilə, 3 İstanbul nəhənginin borcları uzun illərdir artmağa davam edir. Hətta onlar "Lyon"un indi düşdüyü durumu ən azı 10 ildir yaşayırlar. Lakin onlara belə cəza verilməyib və bu mərhələləri keçiblər". 

Ekspert bunun əsas səbəbini isə belə izah edib:

"Burada bir nüansa diqqət etmək lazımdır. Fransada klublara dövlət tərəfin dəstək verilmir. Yəni dövlət futbola qarışmır, klubların borclarının silinməsi və onlara maliyyə dəstəyinin verilməsi ilə məşğul olmur. Türkiyədə isə belə deyil. 

Qardaş ölkədə futbol həm də sosial layihə olduğuna görə, kütlələrin idarə edilməsi baxımından əhəmiyyətli rol oynayır. Ona görə də son 10 ildə, hətta daha çox müddətdə dövlət klublarla bağlı məsələni öz üzərinə götürür. Konkret olaraq, dövlət dövlət klubların borclarının böyük bir hissəsi silib, onlara maliyyə dəstəyi verib və hətta stadionlarının tikilməsinə yardım edib". 

376790

Lakin ekspert qeyd edib ki, buna baxmayaraq, hələ də "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş"ın çox böyük borcları var:

"Amma yenə də Türkiyə cəmiyyətinin tələbləri başqadır. Onlar düşünürlər ki, dövlət sona qədər bu komandalara dəstək verəcək. Düzdür, "Lyon"un yaxşı cameəsi var, amma İstanbul klubları qədər deyil. Adıçəkilən türk klublarının azarkeş kütləsi futbola və bütövlükdə ölkəyə təsir edəcək səviyyədədir. 

Məsələn, "Fənərbağça"nın aşağı liqaya düşürülməsi Türkiyədə fantastik dərəcərə rezonans doğura bilər. Bu, Türkiyə futbolunda elə bir silkələnməyə gətirib çıxarar ki, Türkiyə Futbol Federasiyası da çox ciddi problemlərlə üzləşər. Üstəlik, bunun Super Liqaya və digər klublara da mənfi təsir etməsi mümkündür".

Kənan Məstəliyev diqqətə çatdırıb ki, Türkiyə əhalisinin təqribən 70 faizi bu 3 kluba azarkeşlik edir:

"Belə vəziyyətdə bu komandaların birinin aşağı liqaya düşürülməsi Türkiyə futboluna çox ciddi zərbə vurar. Bu səbəbdən də nə qədər böyük problem yaşamasından asılı olmayaraq, "Fənərbağça", "Qalatasaray" və ya "Beşiktaş"ın maliyyə məsələlərinə görə aşağı liqaya düşürüləcəklərini zənn etmirəm. Fransadan fərqli olaraq bənzər ssenarinin Türkiyədə yaşanması çox aşağı ehtimaldır". 

Pərviz

Chosen
18
50
hit.az

10Sources