Bu ilin yanvar–may aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədən ixrac olunan mallara 35 515 mənşə sertifikatı verib.
“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.
“Mənşə sertifikatı malların mənşəyi və istehsalçısı barədə səhih məlumatlara çıxış imkanlarını təmin edir, ixracatçılar üçün idxalçı ölkələrin tətbiq etdiyi güzəştlərdən yaralanmaq üstünlükləri verir və onların etibarlı mənbələrdən əldə olunduğunu təsdiqləyir”, - deyə məlumatda qeyd olunub.