AZ

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11,5 faiz artdı

BAKI, 5 iyul. TELEQRAF

İndiyədək ölkə ərazisində 107.001 ədəd yeni nəsil nəzarət-kassa aparatları NKA quraşdırılıb.

Teleqraf xəbər verir ki, cari ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 748 milyon 823,6 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz və ya 1,3 milyardmanatdan çoxdur.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Seçilən
170
18
teleqraf.com

10Mənbələr