AZ

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 13 milyard manata yaxınlaşıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)tərəfindən indiyədək ölkə ərazisində 107.001 ədəd yeni nəsilnəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Trend bubarədə Vergi Xidmətinə istinadən xəbər verir.

2025-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsiləqeydə alınan dövriyyə 12 milyard 748 milyon 823,6 min manat olubki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz və ya1,3 milyard manatdan çoxdur.

Qeyd edilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmalarındaha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsininqarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinəimkan yaradıb.

Seçilən
175
11
az.trend.az

10Mənbələr