AZ

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 16 % artıb

Bu ilin yanvar–may aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədən ixrac olunan mallara 35 515 mənşə sertifikatı verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.

“Mənşə sertifikatı malların mənşəyi və istehsalçısı barədə səhih məlumatlara çıxış imkanlarını təmin edir, ixracatçılar üçün idxalçı ölkələrin tətbiq etdiyi güzəştlərdən yaralanmaq üstünlükləri verir və onların etibarlı mənbələrdən əldə olunduğunu təsdiqləyir”, - deyə məlumatda qeyd olunub.

Seçilən
172
13
aznews.az

10Mənbələr