EN

Kepa Arrisabalaqa “Çelsi”ni “Arsenal”a dəyişdi

Futbol üzrə İspaniya millisinin və “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa bundan sonra London “Arsenal”ının uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Müqavilənin müddəti açıqlanmasa da, “Transfermarkt”ın məlumatına görə, anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Arsenal” ispaniyalı qolkiperin transferi üçün qarşı tərəfə 5 milyon avro ödəyib.

Kepa Arrisabalaqa Bilbao “Atletik”inin yetirməsidir. O, “Atletik”lə yanaşı, “Baskoniya”, “Real Valyadolid”, “Ponferradina” kimi klubların da formasını geyinib. 30 yaşlı futbolçu “Çelsi”yə 2018-ci ilin avqust ayında 80 milyon avro müqabilində “Atletik”dən keçmişdi. İspan qapıçının “zadəganlar”ın heyətində karyerası 163 oyun, 175 buraxılmış qol və 59 “quru” matçdan ibarətdir.

Arrisabalaqa 2023/2024-cü illər mövsümündə Madrid “Real”ında, 2024/2025-ci illər mövsümündə isə “Bornmut”da icarə əsasında çıxış edib.

Kepa Arrisabalaqa 2017-ci ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyunda forma geyinib. O, bu matçlarda 6 qol buraxıb, 8 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Kepa Arrisabalaqanı 10 milyon avro məbləğində qiymətləndirir.

Chosen
30
50
arena.az

10Sources