Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi zərbəni qeyri-qanuni adlandırıb.
Operativ Media xəbər verir ki, o, bu fikirləri Belarusun Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.
Lukaşenko çıxışında ABŞ Prezidenti Donald Trampın siyasətində ziddiyyət olduğunu vurğulayıb:
"Tramp bir tərəfdən də sülhməramlı kimi çıxış edir - Ukraynada müharibəni dayandırmaq istəyir. Amma digər tərəfdən İrana tamamilə qanunsuz zərbə endirir".