Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) heyətini yeni qapıçı ilə gücləndirib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı Lovro Maykiçlə üç illik müqavilə imzalanıb.
26 yaşlı qolkiper ölkəsinin "İstra" klubundan transfer olunub.
Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.