EN

“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni qapıçı ilə gücləndirib.

Msport.az Yunanıstan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı Lovro Maykiçlə 3 illik müqavilə imzalanıb.

26 yaşlı qolkiper ölkəsinin “İstra” klubundan transfer olunub.

Qeyd edək ki, “Araz-Naxçıvan”la “Aris” arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Chosen
21
50
msport.az

10Sources