Tribuna portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Qarabağın azad edilməsi Rusiya-Azərbaycan münasibətlərinə də təsir etməyə başlayıb. Bakı artıq Moskva ilə Tehran arasında manevr etməkdə heç bir məna görmür. Ona görə də Rusiyaya qarşı tənqidi hücumlar etməyə başlayır”.
Tribunainfo.az xəbər verir ki, bunu politoloq Benyamin Matevosyan deyib.
Onun iddiasına görə, növbəti addım Cənubi Qafqazda Rusiyaya qarşı böyük üçtərəfli anti-Rusiya ittifaqının yaradılması ola bilər. “Qafqazda Azərbaycan, Türkiyə və Ermənistandan ibarət yeni ittifaq yaranır. Ankara üçün kəskinliyi Rusiya və İrana qarşı yönələcək regional blok yaradaraq, əsas faydalananları ingilislər olan Ermənistanı bu proqrama cəlb etmək vacibdir”.
Matevosyanın sözlərinə görə, Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa və Avropa İrəvanı Rusiyaya qarşı çıxarmağa hazırdır. “Lakin heç kim Ermənistanın mövcud olacağına söz vermir. Yəni İrəvan qlobal anti-Rusiya oyununda öz rolunu yerinə yetirəndə “Ermənistan” layihəsi bağlana bilər”.
Fərda Uğur
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.