AZ

Kremldən gülməli “təhdid”: “Azərbaycan Rusiya bazarını itirə bilər”

Tribuna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yekatrinburqda azərbaycanlıların polis tərəfindən qətlə yetirilməsindən sonra gərginləşən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Moskva indiyə qədər məntiqli açıqlama verməyib.

Tribunainfo.az xəbər verir ki, istər Rusiya XİN rəmisi Mariya Zaxarova, istərsə də Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamaları yalnız izi azdırmaq niyyəti güdüb.

5 Azərbaycanlının ölümünü boynuna almayan və bunu hər vəchlə inkar edən Rusiya, indi də Azərbaycana başqa bir şəkildə “xox” gəlməyə çalışır. Bu ölkədə yayınlanan Gazeta.ru nəşri son sayında Azərbaycanın Rusiya bazarını itirəcəyini iddia edib. Nəşr yazır ki, bu itki 1.2 milyard dollar ola bilər. Bunu da mövcud statistik məlumatlara əsaslanaraq iddia edib.

Yazıda qeyd ed edirlir ki, faktiki olaraq Rusiya Azərbaycana daha çox mal və məhsul satır. Azərbaycan isə əsasən kənd təsərrüfarı malları göndərməklə kifayətlənir.

Əslində, bu xəbəri ilə Gazeta.ru Kremlin “təhdid”ini Bakıya çatdırmağa çalışıb. Belə ki, “Rusiya Azərbaycandan ixrac edilən mallara qadağa qoya bilər” yanaşmasını sərgiləyib.

Amma rus nəşri özü də bilmədən ciddi səhvə yol verdiyini fərqində olmayıb. Özlərinin yazdığı kimi, Rusiya daha çox Azərbaycana məhsul ixrac edirsə, o zaman itirən Bakı yox, Moskva olacaq. Əgər Rusiya Azərbaycan məhsullarının ölkəyə ixracını dayandırarsa, adekvat addımı Azərbaycan da atacaq. Nəticədə, indiki sanksiya altında olan Rusiya itirəcək. Və bu rəqəm təxminən illik 3.6 milyard dollar təşkil edəcək.

P.S. İndi bu cənablara sual vermək lazımdır ki, bu hal baş verərsə, kim itirəcək? Azərbaycanın Rusiyadan aldığı məhsullara alternativ bazar tapması imkanları genişdir. Üstəlik, Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsulları satmaq üçün alternativ bazarlar tapması da çətin məsələ deyil. Bunun üçün Orta Asiya və Körfəz ölkələri Bakı üçün kifayət qədər əlçatandır. Üstəlik, bu ölkələrlə münasibətlər də kifayət qədər yaxşıdır. İndi Rusiya düşünsün: bizmi uduzacağıq, onlarmı?

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
45
tribunainfo.az

10Mənbələr