EN

İki ayda 16 nəfər qarpızdan zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.

 

Bu barədə Sfera.az-a KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. 

 

O bildirib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb.

 

Chosen
13
21
sfera.az

10Sources