Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
O bildirib ki, ancaq bu, üzərindən sükutla keçiləsi məsələ deyil:
"Azərbaycan Rusiyanın daxili işlərinə də müdaxilə etmədən öz soydaşlarının qanun çərçivəsində hüquqlarını müdafiə edir. Çünki Azərbaycanın vətəndaşlarının və bizim soydaşlarımızın Rusiyada fəaliyyəti, Rusiyanın qanunvericilik çərçivəsində olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin himayəsi altında olan bir yaşamdır. Və biz heç bir halda Rusiyanın daxili işlərinə müdaxilə etmirik".
Politoloqun sözlərinə görə, Azərbaycanın reaksiyasında Rusiyanın daxili işlərinə zərrə qədər belə müdaxilə əlaməti yoxdur:
"Azərbaycanın iddiası bundan ibarətdir ki, ölkədə cinayətkarlığa qarşı mübarizə cinayətkarın fiziki cəhətdən məhv edilməsi ilə yox, qanun çərçivəsində aparılmalıdır. Faktiki olaraq Rusiyanın hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat cinayətdə şübhəli şəxslərin zərərsizləşdirilməsi yox, fiziki məhv edilməsi əməliyyatı idi ki, bu da dünyanın beynəlxalq və milli qanunvericilik normalarına qətiyyən uyğun olmayan bir haldır.
Faktiki olaraq "cinayətkarlığa qarşı guya mübarizə" adı altında insanlar qətlə yetirilib. Bu, yol verilməzdir. Və Rusiyanın hakimiyyət orqanları buna aydınlıq gətirməlidirlər".
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
demokrat.azQəzalı vəziyyətdə olan yollarla bağlı məsələlər dərhal nəzarətə götürülməlidir AÇIQLAMA ( 18951112)
-
demokrat.az"Qəzalı vəziyyətdə olan yollarla bağlı məsələlər dərhal nəzarətə götürülməlidir" —AÇIQLAMA ( 18951106)
-
demokrat.az"Şərait yaradılmalı, insanlar yad yerdə uğur qazanmaq dalınca qaçmamalıdır” — Partiya sədri ( 18943708)
-
demokrat.azRusiya Azərbaycanın internet şəbəkəsinə müdaxilə edə bilər — Hansı tədbirlər görülməlidir? ( 18909844)
-
demokrat.az"Rusiya telekanalları ölkəmizdə bloklanmalıdır" — Elçin Şıxlı ( 18908842)
-
demokrat.azQeyri rəsmi yaşayan qohumlar bu imtiyazlardan məhrum olacaq Vəkildən AÇIQLAMA ( 18901813)
-
demokrat.azQulu Məhərrəmli: "Rus dilinə tələbat dövrün çağırışına bağlı olaraq azalır" ( 18896830)
-
news24.azCümşüdün ailəsinə KOMPENSASİYA veriləcək? AÇIQLAMA ( 18869773)
-
modern.azMisir Mərdanov rusdilli məktəblərlə bağlı danışmaq İSTƏMƏDİ ( 18861502)
-
demokrat.az"İnsanlar çimərlik üçün ödəniş edirsə, təmizliyə cavabdeh olmaq lazımdır" — Adil Qeybulla ( 18860932)