Avstriyada təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Operativ Media xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. “Sabah” ilk yoxlama matçında Rumıniyanın “Rapid” komandası ilə heç-heçə edib – 2:2.
Qeyd edək ki, Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi “Selye” ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.