EN

Hindistanda təbii fəlakət: 50-dən çox insan ölüb

Hindistanda

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, son bir həftədə ştatın 12 rayonu leysan yağışları, daşqınlar və sürüşmələrdən zərər çəkib, 22 nəfər itkin düşüb.

Ştatda 400-dən çox yol bağlanıb, evlərə, körpülərə, elektrik xətlərinə və kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Hindistan Meteorologiya Departamenti narıncı xəbərdarlıq elan edib ki, bu da yaxın gələcəkdə bölgədə təhlükəli hava şəraitinin gözlənildiyini bildirir.

V. QULİYEV
Chosen
12
17
reyting.az

10Sources