EN

Hindistanda təbii fəlakətlər 50-dən çox insanın həyatına son qoyub

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında musson mövsümünün başlamasından sonra yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 51 nəfər ölüb.

Ölkə.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

 Bildirilir ki, 100-dən çox insan yaralanıb.

Son bir həftə ərzində ştatın 12 əyaləti güclü yağışlar, daşqınlar və torpaq sürüşmələrindən zərər çəkib. 22 nəfər itkin düşmüş hesab olunur. Ştatda 400-dən çox yol bağlanıb, yaşayış binaları, körpülər, elektrik xətləri, kənd təsərrüfatı torpaqları zədələnib. Səlahiyyətlilər sakinləri ehtiyatlı olmağa çağırır.

Həmidə İbrahimova

Chosen
17
16
olke.az

10Sources