Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İyul ayının 5-də Yaponiyada böyük fəlakətin baş verəcəyi bildirilir. Hətta Yaponiya hökuməti ölkənin cənub-şərqində gözlənilən dağıdıcı zəlzələ ilə bağlı xəbərdarlıq da edib. Reyting.az-ın məlumatına görə, səlahiyyətlilərin xəbərdarlığında bildirilir ki, Nankai qırağında baş verəcək güclü zəlzələnin 298 min insanın həyatına son qoyması mümkündür. Baş nazir Şigeru İşiba çərşənbə günü Nazirlər Kabinetinin iclasında yerli hökumətləri, özəl sektoru və vətəndaş cəmiyyəti təşkilatlarını birgə hərəkətə keçməyə çağırıb. Görüşdə “Mümkün qədər çox insanın həyatını xilas etmək prioritetimizdir”,- mesajı verilib.Mütəxəssislər qrupunun son qiymətləndirmələri həyəcanvericidir: Nankai qırağı boyunca növbəti 30 ildə ən güclü zəlzələ ehtimalı 82 faizə qədər yüksəkdir. Bu risk qiymətləndirməsinə uyğun olaraq, hökumət evakuasiya sığınacaqlarının tikintisini sürətləndirmək qərarına gəlib.Zəlzələnin episentri olacağı təxmin edilən Nankai çökəkliyi 800 kilometr uzunluğunda bir qırılma xəttidir. Burada okeanın dibindəki iki tektonik plitə toqquşur və hər 100-200 ildən bir böyük təkanlar baş verir. Son zəlzələ 1946-cı ildə qeydə alınıb.Yaponiyada zəlzələlər bir reallıqdır: ölkədə ildə təxminən 1500 təkan olur. 2011-ci il martın 11-də 18 min insanın həyatına son qoyan və Fukusima nüvə fəlakətinə səbəb olan zəlzələ hələ də yaddaşlardan silinməyib.Son zamanlar cəmiyyətdə daha bir narahatlıq dalğası yayılmaqdadır. Sosial mediada yayılan məşhur manqada Yaponiyanı fəlakətə sürükləyən zəlzələnin 2025-ci il iyulun 5-də baş verəcəyi proqnozlaşdırılır. Bu “öngörmənin” heç bir elmi əsası olmasa da, ictimaiyyət tərəfindən ciddi narahatlığa səbəb olub.Səlahiyyətlilər gərginliyin artmaması üçün bu cür söz-söhbətlərə inanmamağın lazım olduğunu və hər ssenariyə hazır olmağı vacib sayırlar.V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.