AZ

Poqba "Monako" ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq

"Yuventus"un və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Poqba karyerasını "Monako" klubunda davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Fabrizio Romano “X” sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, tərəflər 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqavilə barədə razılığa gəliblər.

"Artıq sövdələşmənin yekun detalları razılaşdırılıb. Hüquqşünaslar yaxın saatlarda müqaviləni yoxlayacaqlar, daha sonra Pol Monakoya yollanacaq. O, bu həftə tibbi müayinədən keçəcək", – deyə Romano qeyd edib.

Poqba 2024-cü ilin sonlarında "Yuventus"la müqaviləsini ləğv etdikdən sonra azad agent statusu qazanıb.

Qeyd edək ki, 2024-cü ilin fevralında Poqba yüksək testosteron səviyyəsinə görə 4 il müddətinə diskvalifikasiya olunmuşdu. Lakin oktyabr ayında cəza müddəti 18 aya endirilib. Bu səbəbdən, 32 yaşlı fransız futbolçuya 2025-ci ilin martından etibarən rəsmi oyunlarda iştirak etmək hüququ veriləcək.

Seçilən
70
29
operativmedia.az

10Mənbələr