EN

Masallıda AĞIR QƏZA - Yaralananlar var

Masallı rayonunun Təzə Alvadı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hərəkətdə olan "Ford Transit" markalı mikroavtobusla "KİA" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Təcili Tibbi Yardım vasitəsilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
31
26
bizim.media

10Sources