Bakı. Trend:
ABŞ-nin texnologiya nəhəngi sayılan “Microsoft” korporasiyasıtəxminən 9000 işçinin ixtisarını elan edib. Bu, son iki ilin ənböyük kütləvi ixtisarıdır.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Bu addım korporasiyanın ümumi işçi sayının 4%-dən azını əhatəedir və süni intellektin inkişafına böyük maliyyə yatırımlarınınqoyulduğunu göstərir.
Çərşənbə günü “Microsoft” rəhbərliyi “Xbox” videooyun bölməsi vəşirkətin digər filiallarının adları ixtisara düşən işçilərinə işdənazad edilmələri barədə bildiriş məktubu göndərib.
“Microsoft”un Vaşinqton ştatının Redmond şəhərində yerləşənqərargahına bağlı 830 işçinin ixtisar olunacağı bildirilir.Microsoft əlavə edir ki, ixtisarlar dinamik bazarda uğura nailolmaq üçün zəruri olan “təşkilati dəyişikliklər” çərçivəsindəhəyata keçirilir.