EN

Hamı üstümüzə gələcək, Azərbaycan bizi parçalayacaq - Rusiyalı hərbi ekspert

Keçmiş FSB polkovniki, Donbas separatçısı, hərbi ekspert İqor Strelkov rəsmi Bakının ünvanına təhqir və hədyanlar yağdırıb."Bakuinfo" Bakupost.az-a istinadən xəbər verir ki, o, Rusiya mediasına açıqlamasında Azərbaycanı Rusiyanın ehtimal olunan hərbi düşməni adlandırıb.Sərsəmləmələrini davam etdirən və Azərbaycan diasporu ilə bağlı vəziyyətə, Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə toxynan Strelkov qeyd edib ki, bütün bunlar çox gözlənilən idi:"Bakının Rusiya ilə münasibətlərin daha da kəskinləşməsi, kifayət qədər sürətlə anti-Rusiya mövqelərinə keçməsi üçün dəqiq müəyyən edilmiş vektoru olmasaydı, o zaman Rusiya ərazisində etnik azərbaycanlıların həbsi, hətta ölümü rəsmi Bakını qətiyyən narahat etməzdi. Hər şey sakit, dinc olardı. Siyasi sifariş var".Bütün fantaziyasını işə salan Strelkov iddia edib ki, uzun müddətdir, Azərbaycan Rusiya ilə intensiv şəkildə yeni qarşıdurma nöqtələri axtarır. O, bu məsələdə Türkiyənin Azərbaycandan istifadə etdiyini bildirib və ölkəmizin ünvanına aşağılayıcı fikirlər səsləndirib:"Türkiyənin vassalı Azərbaycanın da mütləq qoşulacağı müharibə ehtimalını dəfələrlə qeyd etmişəm. İndi İran, Amerika-İsrail zərbələri ilə zəiflədiyinə və bu zərbələrdən sonra Azərbaycana təzyiq göstərə bilməyəcəyinə görə, Bakı faktiki olaraq təxribatçı rolunda çıxış edir. Azərbaycan başa düşür ki, bütün hərbi qüvvələrimiz Qərb cəbhəsindədir və Rusiyaya Azərbaycanı öz yerində oturtmaq çox çətin olacaq. Münasibətləri korlamaq və mahiyyət etibarı ilə Rusiyanın opponentlərinin “dəyirmanına su tökmək” onların yaxın gələcəkdə də edəcəkləri işdir və bu proses artacaq. Zelenskinin Əliyevə nəyə görə təşəkkür etdiyini bilmirəm. Tamamilə mümkündür ki, məhz Azərbaycanın istehsal etdiyi dronların tədarükü üçün olub. Ola bilsin ki, silah-sursat tədarükü üçün".Böhtanlarını davam etdirən rusiyalı hərbi ekspert deyib ki, guya Azərbaycan Sovetdən qalan silah və sursatı Ukraynaya satırdı:"İstənilən halda Azərbaycan bizim ehtimal olunan hərbi rəqibimizdir, Əliyev isə həmişə bizim düşmənimiz olub və belə də qalır, çünki o, Türkiyənin müttəfiqidir. Biz hələ də Türkiyə ilə gizli düşmənçilik edirik. Daha bir “Qafqaz düyünü” bağlanır və bu, Rusiyanın ən mühüm problemini həll etmədən, yəni Ukrayna müharibəsində qalib gəlmədən kəsilməyəcək düyünlərdən biridir".Strelkov onu da qeyd edib ki, Rusiya qələbə əldə edərsə, bir çox problemlər öz-özünə aradan qalxacaq:"O zaman hamı bizə yaltaqlanacaq. Qalib gələ bilməsək, hamısı bizi parçalamağa tələsəcək. Azərbaycan birinci olacaq. Azərbaycanın ardınca digər rəsmi müttəfiqlərimiz və qonşularımız da gələcək. Artıq Qazaxıstan ərazisində düşmənin PUA-ları fəaliyyət göstərir və aydındır ki, onlar Ukraynadan oraya uçmayıb. Onlar açıq-aşkar Qazaxıstan ərazisindən atılıb, Xarici İşlər Nazirliyimiz və təbliğatımız münasibətləri daha da gərginləşdirməmək üçün sadəcə olaraq, susmağa çalışır. Rusiya ictimaiyyətini qorxutmamaq üçün. Zəiflər döyülür. Əsl güc nümayiş etdirməsək, hamı bizi döyəcək, camaat bizi tapdalayacaq”.

Chosen
10
50
bakuinfo.net

10Sources