EN

Ermənistan bu təşkilata tam üzv olmaq istəyir

Ermənistan Xarici İşlər Nazirliyi ölkə hakimiyyətinin tam hüquqlu üzvü kimi Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq arzusunu ifadə etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin "Telegram" kanalı məlumat yayıb.

Ermənistan XİN ölkənin ŞƏT-in fundamental prinsiplərini bölüşdüyünü bəyan edərək, bunun ərazi bütövlüyü, güc tətbiq etməməsi və sərhədlərin toxunulmazlığına aid olduğunu qeyd edib.

Qeyd edək ki, ŞƏT-ə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Çin də olmaqla 10 ölkə daxildir. Ermənistan “dialoq tərəfdaşı” statusuna malik ölkələrdən biridir.

Chosen
31
36
publika.az

10Sources