Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Bildiyiniz kimi, "Zerkalo" saytı 2022-ci il aprel ayından etibarən Rusiyda bloklanıb. Bu qərarı Leninqrad vilayətinin hərbi məhkəməsi verib. İndi isə növbə digərlərinə çatıb. Bizim əleyhimizə kampaniyalar aparılması təbii və Rusiyadan gözlənən hərəkətdir. Gərək biz də onların informasiya vasitələrini blok edək. Bunun başqa yolu yoxdur. Onlar bizə qulaq asmaq istəmirsə, biz də onlara qulaq asmamalıyıq. "Zerkalo" 2022-ci ildə Rusiyanın Ukrayna ilə müharibəsini işğalçı müharibə adlandırdığı üçün blok edildi. Rusiyada gerçəyi bilmək, görmək istəmirlər". Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib:O bildirib ki, Rusiyanın bir çox yerlərində bizim aramızda baş verənlər insanlara maraqlı deyil:"Ermənistan Rusiyanın televiziya kanallarını ölkə ərazisində blok edib. Rusiya Cənubi Qafqazda söz sahibinə çevrilmək istəyir. Ancaq Azərbaycan, Türkiyə və Ermənistan Zəngəzur dəhlizinin ABŞ-ın özəl şirkətinin nəzarəti altında açılması haqqında razılığa gəliblər. Rusiya Azərbaycanla Ermənistan arasında əlaqələrə nəzarət edə bilmir. Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyirdi, ancaq alınmadı. Buna görə də həm bizimlə, həm də Ermənistanla dava edirlər".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.