EN

Ronaldodan ölən komanda yoldaşı ilə bağlı təsirli paylaşım etdi - FOTOLAR

Dünyanın bir çox futbolçuları avtomobil qəzasında həlak olan “Liverpul”un oyunçusu Dioqo Jota ilə bağlı paylaşımlar edib.

Sportinfo.az xəbər verir ki, Jota ilə Portuqaliya yığmasından komanda yoldaşı olan Kriştianu Ronaldo instaqram hesabında onun haqqında yazıb.

Kriştianu paylaşımda bunları qeyd edib:

“Heç bir mənası yoxdur. Az əvvəl hələ birlikdə yığmada idik, az əvvəl sən evlənmişdin. Ailənə, həyat yoldaşına və övladlarına başsağlığı verirəm və onlara güc və səbir arzulayıram. Bilirəm ki, həmişə onların yanında olacaqsan. Diogo və Andre, rahat yatın. Sizin üçün çox darıxacağıq”.

Jotanın komanda yoldaşı Darvin Nunez komanda yoldaşı haqqında yazıb: “Belə ağrılara təsəlli verən sözlər yoxdur. Mən sizi həmişə təbəssümlə, meydanda və meydandan kənarda yaxşı komanda yoldaşı kimi xatırlayacağam. Bütün sevgimi ailənizə göndərirəm. Əminəm ki, Dioqo sən həmişə həyat yoldaşın və 3 uşağınla olacaqsan”.

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerarda Dioqo Jotanın ölümünə sarsıldığını ifadə edib.

Bundan başqa bir çox klublar da D.Jota barədə paylaşım edib.


Chosen
17
17
sportinfo.az

10Sources