"Real Madrid"in hücumçusu Endrik karyerasını İtaliya çempionatında davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sport.es" portalı məlumat yayıb.
Məlumata görə, "Yuventus" 18 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
"Qoca sinyora" futbolçunu növbəti mövsüm üçün icarəyə götürməyi planlaşdırır.
Endriklə "Napoli", "Milan" və "Komo" da maraqlanır.
Ötən mövsüm Endrik "Los Blancos"un heyətində 37 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hücumçunun "Real" ilə müqaviləsi 2030-cu ilin ortalarına qədərdir.