Saatlı Olimpiya İdman Kompleksində şəhid Xalid Nəciyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirə yekun vurulub.
News24.az-ın xəbərinə görə, final qarşılaşmasında Saatlı rayonu R. Səfərov adına Qara Nuru kənd tam orta məktəbin komandası ilə Sabirabad rayonu Qəzli kənd tam orta məktəbin komandası üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyunda Saatlı komandası 2:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub. Yarışın sonunda qalib komandalar kubok və diplomlarla təltif olunublar.
Turnir şəhidin əziz xatirəsinin əbədiləşdirilməsi və gənclər arasında vətənpərvərlik ruhunun aşılanması məqsədilə təşkil edilib.
News24.az







