EN

Tramp bu ölkənin müdafiə naziri ilə gizli görüş keçirdi

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman əs-Səud ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla qapalı görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

“Danışıqlar tamamilə İsraillə münasibətlərin normallaşdırılması məsələsinə həsr olunmayıb, lakin tərəflər bunun üçün zəruri addımları müzakirə ediblər. Bundan əlavə, görüşdə İranla münaqişənin deeskalasiyası və Tehranın nüvə proqramı üzrə danışıqların bərpası məsələsi qaldırılıb, Qəzzada hərbi əməliyyatların dayandırılması və HƏMAS-ın hələ də saxladığı girovların azad edilməsi perspektivləri müzakirə olunub”, - məlumatda deyilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
7
axar.az

10Sources