AZ

Şahzadə ABŞ prezidenti ilə məxfi görüş keçirib

Şahzadə

Səudiyyə Ərəbistanının Müdafiə naziri şahzadə Xalid bin Salman Ağ evdə ABŞ prezidenti Donald Tramp və digər rəsmilərlə İranla gərginliyin azaldılması səylərini müzakirə etmək üçün gizli görüş keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Fox Nevs” öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, danışıqlarda Qəzzada müharibəyə son qoyulması və Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində işlər də müzakirə edilib.

Mənbələr həmçinin bildiriblər ki, “bütün cəbhələrdə irəliləyiş və nikbinlik var”.

ELÇİN
Seçilən
0
6
reyting.az

10Mənbələr