Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman əl-Səud iyulun 3-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və digər nüfuzlu rəsmilərlə gizli görüş keçirib.
Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilib ki, danışıqlar tamamilə İsraillə münasibətlərin normallaşdırılması məsələsinə həsr olunmayıb, lakin tərəflər normallaşma üçün lazım olan addımları müzakirə ediblər.
Bundan əlavə, görüşdə İranla münaqişənin yumşaldılması və İslam Respublikasının nüvə proqramı üzrə danışıqların bərpası məsələsi barədə də fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, tərəflər həmçinin Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və HƏMAS hərəkatının hələ də saxladığı girovların azad edilməsi perspektivləri də müzakirə olunub.
Daşqın HəsənovMissiya.Az