AZ

Səudiyyəli nazir ABŞ yə gizli səfər edərək İranla bağlı danışıqlar aparıb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səudiyyə Ərəbistanı baş nazirinin birinci müavini və müdafiə naziri Xalid bin Salman ABŞ-yə gizli səfər edərək İran və Qəzza müharibəsi ilə bağlı danışıqlar aparıb.

"Azad İran" "Telegram" kanalı bu barədə "Fox News"a istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ Prezidenti Donald Trampla yanaşı, onun xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ-nin müdafiə naziri Pit Heqset iştirak ediblər.

Qeyd olunub ki, əsas müzakirələr İranla gərginliyin azaldılması, danışıqlar masasına qayıtmağa çalışmaq və Qəzzadakı müharibəyə son qoymaq olub.

Səudiyyəli nazirin Trampla görüşdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi ilə telefon əlaqəsi saxladığı vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
9
oxu.az

10Mənbələr