EN

BMT rəsmisi: Gələn il Bakıda 82-ci ESCAP Komissiya Sessiyası keçiriləcək.

Xankəndi, 4 iyul. TELEQRAF

Gələn ilin aprelində Bakıda 82-ci ESCAP Komissiya Sessiyası keçiriləcək.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin Baş katibinin müavini , Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

O, regional əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, siyasətlərin uyğunlaşdırılması, iqlim risklərinin qiymətləndirilməsi və davamlı inkişafın əməkdaşlıq sahələrinə inteqrasını əsas prioritetlər kimi qeyd edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə bu təşəbbüsə verdiyi dəstək üçün təşəkkür edib.

Chosen
5
4
teleqraf.com

10Sources