Azərbaycan Prezidenti İlham Əliyevə iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində səylərinə görə təşəkkür edirəm.
Sherg.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiah Aliscahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
BMT Baş katibinin müavini deyib ki, ECO-ya üzv ölkələrdə orta göstəricidən daha sürətlə istiləşmə gedir: “İntensivləşən iqlim dəyişikliyi ilə mübarizə üçün regional əməkdaşlıq gücləndirilməlidir”.
Armida Salsiah Aliscahbana qeyd edib ki, ECO üzvləri həm də UNESCAP üzvləridir: “2026-cı ilin aprelində Bakıda UNESCAP-ın 82-ci sessiyası keçiriləcək. ECO üzvlərini Bakıda keçiriləcək tədbirə dəvət edirəm. Bu tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə xüsusi təşəkkür edirəm”.