ain.az bildirir, Operativ MM portalına istinadən.
Azərbaycan Prezidenti İlham Əliyevə iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində səylərinə görə təşəkkür edirəm.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BMT Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiah Aliscahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
BMT Baş katibinin müavini deyib ki, ECO-ya üzv ölkələrdə orta göstəricidən daha sürətlə istiləşmə gedir: “İntensivləşən iqlim dəyişikliyi ilə mübarizə üçün regional əməkdaşlıq gücləndirilməlidir”.
Armida Salsiah Aliscahbana qeyd edib ki, ECO üzvləri həm də UNESCAP üzvləridir: “2026-cı ilin aprelində Bakıda UNESCAP-ın 82-ci sessiyası keçiriləcək. ECO üzvlərini Bakıda keçiriləcək tədbirə dəvət edirəm. Bu tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə xüsusi təşəkkür edirəm”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.