BAKI, 4 iyun. TELEQRAF
"Bu toplantı ECO-nun gələcək üçün yeni istiqamətlərini müəyyən etmək üçün vacibdir".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
O bildirib ki, təşkilata üzv ölkələr iqlim dəyişikliyi məsələlərində əməkdaşlığı artırmalıdır:
"İran, Pakistan və Türkmənistan əhalisi iqlim məsələlərindən ziyan çəkən ölkələrdəndir: Geosiyasi gərginliyin artdığı dövrüdə regional platformaları qurmalıyıq. ECO regionunda iqlim dəyişiklikləri ilə bağlı erkən xəbərdarlıq sistemlərinin yaradılması vacibdir. Biz siyasətin ahəngdarlığı, sektorlararası əməkdaşlığın artırılması vacib hesab edirik".