Bu gün Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, yığmamız I tur çərçivəsində Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Qızlarımız bu qarşılaşmadan 83:81 (34:23; 12:17; 13:19; 24:22) hesablı qələbə ilə ayrılıb. 

Milli komandamızın növbəti matçı iyulun 5-i Bakı vaxtı ilə saat 21:30-da Ukraynaya qarşı olacaq.