
“26 iyun - 4 iyul 2025-ci il tarixləri arasında 12 əyalətdə baş vermiş 65 meşə yanğını ilə əlaqədar 44 şübhəli saxlanılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.
“Onlardan 10-u həbs edilib, 6-sı məhkəmə nəzarəti ilə azadlığa buraxılıb. 13 şübhəli ifadə verib, saxlanılanlardan 15-i barəsində isə məhkəmə prosesləri davam etdirilir”, - nazir yazıb.
Nazirin verdiyi məlumata görə, ən böyük yanğınların baş verdiyi İzmir vilayətində baş verən yanğınların səbəbləri ilə bağlı aparılan araşdırmalar çərçivəsində iki yanğının qaynaq maşını və bucaq maşınından ehtiyatsız istifadə nəticəsində baş verdiyi müəyyən edilib. Digər yanğın da insan səhvi ucbatından baş verib. 15 nəfər saxlanılıb, onlardan 4-ü həbs edilib.