EN

“Müharibə İranın nüvə problemini həll etməyəcək” Çin Xarici İşlər Nazirliyi

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müharibə İranın nüvə proqramı ətrafında problemi həll etməyəcək və ABŞ-ın İranın nüvə obyektlərini bombalaması təhlükə yaradır.

"Report" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

“ABŞ-nin suveren İran dövlətinin nüvə obyektlərini bombalaması fəlakətə gətirib çıxara bilər ki, bunun əvəzini bütün dünya ödəyəcək”, - o, Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə Parisdə birgə mətbuat konfransında deyib.

Van İ Tehranın nüvə silahı istehsal etməyəcəyinə əminliyini ifadə edib. O, həmçinin Çinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət etdiyini təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
50
azpolitika.info

10Sources