EN

KDÇ-2025: İlk yarımfinal cütü müəyyənləşdi

ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/4 final mərhələsinin ilk oyun günü başa çatıb.

Publika.az xəbər verir ki, günün nəticələrinə əsasən turnirin ilk yarımfinal cütlüyü müəyyənləşib. Bu mərhələdə "Fluminense" ilə "Çelsi" üz-üzə gələcək.

Braziliya təmsilçisi "Fluminense" "Əl-Hilal" üzərində 2:1 hesablı qələbə qazanıb. Eyni hesabla "Çelsi" də "Palmeyras"ı turnirdən kənarlaşdırıb.

Digər yarımfinal cütlüyü bu gün axşam keçiriləcək oyunlardan sonra bəlli olacaq. Bakı vaxtı ilə saat 20:00-da PSJ və "Bayern" meydana çıxacaq. Bu oyunun qalibi "Real" – "Borussiya Dortmund" matçının güclüsü ilə qarşılaşacaq. Həmin görüş isə bu gün saat 00:00-da (Bakı vaxtı ilə) başlayacaq.

Chosen
4
8
publika.az

10Sources