EN

Aşura günü ilə əlaqədar Xaçmazda qanvermə aksiyası baş tutub - FOTO

Aşura günü ilə əlaqədar Xaçmaz rayon Mərkəzi xəstəxanasında qanvermə aksiyası baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq, sakinlər tibb müəssisəsinə gələrək qan verməyə başlayıblar.

Qan verənlərin arasında rayon rəsmiləri ilə yanaşı, sadə sakinlər də iştirak edib. Aksiya zamanı həkim-hematoloqlar hər bir donorun sağlamlıq imkanlarını əvvəlcədən müəyyənləşdiriblər. Hərtərəfli müayinədən sonra onlardan qan götürülüb.

TƏBİB-in Xaçmaz rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Səyyaf Tağıyev Bizim.Media-ya məlumat verib ki, toplanan qal yoxlanılaraq, ehtiyacı olan talassemiya, hemofiliya və digər qan xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Chosen
47
24
bizim.media

10Sources