EN

“Çelsi”nin daha bir üzvü “Arsenal” yolunda

"Arsenal" hücum xəttini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, London klubu "Çelsi"nin vingeri Noni Maduekeni transfer etmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "topçular" ingiltərəli oyunçu ilə razılıq əldə edib. İki komanda arasında danışıqlar davam edir.

Xatırladaq ki, "Arsenal" bir müddət əvvəl "Çelsi"də qapıçı Kepa Arrizabalaqanı heyətinə qatmışdı.

Qeyd edək ki, 23 yaşlı hücumçu ötən mövsüm komandasının heyətində 41 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. 

“Liverpul” və Ronaldodan Jotanın ailəsinə böyük jest

"Mançester Yunayted"də yeni müdafiəçi

Çalhanoğlu addım-addım "Qalatasaray"a

“İnter”dən yeni transfer - Rəsmi

"Bernli" Kayl Uokerlə müqavilə imzalayıb

Chosen
5
37
apasport.az

10Sources