Yeni mövsümə hazırlaşan “Neftçi” dünya ulduzu ilə güclənə bilər.
Publika.az xəbər verir ki, “ağ qaralar” Duqlas Koşta ilə danışıqlar aparır.
“Yuventus” və “Bavariya” kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.
O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.
“Yuventus” formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.