AZ

Rafael Leaunun transfer qiyməti açıqlanıb

“Barselona”nın “Milan”ın cinah hücumçusu Rafael Leaua marağı davam edir.

90deqiqe.Az-ın “Barca Universal”a istinadən yaydığı xəbərə görə, futbolçunun nümayəndəsi Kataloniya təmsilçisinə 25 yaşlı oyunçunun transferi üçün tələb olunan məbləği çatdırıb.

“Milan” rəhbərliyi Leau ilə yolları yalnız 70 milyon avro təzminat qarşılığında ayırmağa hazırdır.

Qeyd edək ki, Rafael Leaunun “qırmızı-qaralar”la mövcud müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. Portuqaliyalı, geridə qalan A Seriyası mövsümündə 34 oyunda iştirak edib, 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
6
4
90deqiqe.az

10Mənbələr