AZ

“Tottenhem” qanalı futbolçu transfer edir

“Vest Hem Yunayted”in yarımmüdafiəçisi Məhəmməd Kudus karyerasını “Tottenhem”də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, qanalı futbolçu şimal London klubuna keçməkdə maraqlıdır. Tərəflər arasında danışıqların müsbət şəkildə yekunlaşacağı gözlənilir.

Kudusla Səudiyyə Ərəbistanından olan bir neçə klub da maraqlanır. Lakin 23 yaşlı futbolçu Avropada qalaraq yüksək səviyyədə çıxış etmək istəyir. Qeyd edək ki, “Tottenhem” 2025/26 mövsümündə UEFA Çempionlar Liqasında çıxış edəcək. Klub buna Avropa Liqasının qalibi kimi nail olub.

Ötən mövsüm Kudus İngiltərə Premyer Liqasında 35 matçda meydana çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı onun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Seçilən
10
7
90deqiqe.az

10Mənbələr