EN

Azərbaycanın Almaniyaya neft ixracı 14%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 277 milyon 11 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 milyon 875 min dollar və ya 5,7% azdır. 

Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 13,7% artaraq 501,2 min ton olub.

Qeyd edək ki, bu dövrdə Almaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 6-cı ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
12
10
banco.az

10Sources