Uimbldon tennis turniri davam edir.

Offsideplus.az xəbər verir ki, turnirin 7 qat qalibi olan Novak Cokoviç 4-cü turda avstraliyalı Aleks De Minaurla qarşılaşıb.

Serbiyalı tennisçi ilk setdə rəqibinə məğlub olub - 1:6.

Növbəti 3 setdə isə rəqibinə aman verməyib - 6:4, 6:4, 6:4.

Bu qələbə ilə birlikdə Cokoviç 1/4 finala yüksəlib. Onun bu mərhələdə rəqibi italiyalı Flavio Kobolli olacaq.