AZ

Novak Cokoviç “Uimbldon”da 100-cü qələbəsini qazandı

Novak Cokoviç “Uimbldon”da 100-cü qələbəsini qazanıb.
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı idmançı bunu yarışın üçüncü turunda həmyerlisi Miomir Keçmanoviçi 3:0 (6:3, 6:0, 6:4) hesabı ilə məğlub etdiyi görüşdə reallaşdırıb.
 
Novak “Uimbldon”da 100 qələbə qazanan ikinci tennisçi olub. Turnirin rekordu Rocer Federerə məxsusdur. İsveçrəli tennisçinin 105 qələbəsi var.
 
Qeyd edək ki, N.Cokoviç “Uimbldon”un 7 qat qalibidir. Serbiyalı tennisçi 4-cü turda avstraliyalı Aleks de Minaurla qarşılaşacaq.
 
Seçilən
3
2
moderator.az

9Mənbələr